Ayaks Telamonid

Ayaks Telamonid
q.yun. Αἴας
Ayaks Axillesin bədənini daşıyır
Ayaks Axillesin bədənini daşıyır
e.ə. 570-565-ci illərə aid antik yunan güldanı
Mifologiya qədim yunan mifologiyası
Yunanca adı Αἴᾱς Μέγας
Latınca adı Aiax maior
Cinsi kişi
Atası Telamon
Anası Peribeya
Arvadı Tekmessa
Qlavka
Uşaqları Tekmessadan Yevrisak
Qlavkadan Eantid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayaks (Ayant, Eant) Telamonid (q.yun. Αἴᾱς Τελαμώνιος) və ya Böyük Ayaks (q.yun. Αἴᾱς Μέγας) — qədim yunan mifologiyasında, Troya mühasirəsində iştirak edən yunan qəhrəmanı. Ona qarşı pərəstiş ilk öncə Saronikos körfəzinin EginaSalamin adalarında yaranmışdır, burdan da Elladanın digər bölgələrinə yayıldı.

Homer onu müharibə tanrısı Ares ilə müqayisə edir və yunanların ən güclüsü adlandırır. "İliada" əsərində əsas Troya qəhrəmanı Hektor və Ayaks bir-biri ilə 8 dəfə qarşı-qarşıya gəlirlər. Döyüşlərin heç birində Hektor qalib gələ bilmir. Hətta döyüşlərin ikisində Hektor az qala ölümlə üzləşir ki, Appolon və Troya ordusu onun köməyinə yetirlər.

Döyüşlərdən birində Axilles öldürülür. Ayaks canını təhlükəyə ataraq, onun bədənini döyüş meydanından çıxardır. Axillesin anası Fetida oğlunun döyüş geyimini döyüşçülərin ən cəsarətlisinə bağışlamağa qərar verir. Bu şərəfə layiq görülmək üçün Ayaksla Odissey mübarizəyə başlayırlar. Odisseyin necə qazandığına dair mifin bir neçə versiyası var. Qəzəbli Ayaks yunan başçılarını öldürmək istəyir, lakin Afina onu ağlından məhrum edir. O, yunan düşərgəsi əvəzinə bir sürü mal-qaraya hücum edərək onları tələf edir. Ağlı başına qayıdandan sonra Ayaks baş verən rüsvayçılığa dözə bilmədi və Hektorun verdiyi qılıncla özünə qəsd etdi.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne